Azərbaycan və Fransa minatəmizləməyə dair sənəd imzalaya bilər

GÜNDƏM 20 sen 2021, 20:02
Sentyabrın 20-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

Bu barədə ANAMA-dan məlumat verilib.

Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə fikir mübadiləsi aparılıb.

Səfərin başlıca məqsədi Fransa Respublikasının Azərbaycanda icra edilən minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyinin ayrılması və bu sahədə dəstəyin istiqamətləri müzakirə olunub.

Yaxın gələcəkdə iki tərəf arasında minatəmizləmə əməliyyatlarına dəstək, eləcə də minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələri kimi sahələri özündə əks etdirən sənədin imzalanması nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top