Nazir onunla bağlı ƏMR İMZALADI

SOSİAL 19 sen 2021, 11:07
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Kəlbəcər Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Rübai Valehov vəzifəsindən azad edilib və Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, daha əvvəl Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışmış polis polkovnik-leytenantı İrza Nağıyev Gəncə Beynəlxalq Hava Limanında Xətt Polis Şöbəsinin rəisi təyin olunmuşdu. /oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top