Ana doğuş zamanı öldü

HADİSƏ 13 sen 2021, 21:52
Cəlilabad rayonunda doğuş zamanı ana ölümü baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Onun övladı isə sağdır.

Mərhumun ailəsi övladlarının ölümündə həkim səhlənkarlığının olmasını iddia edirlər.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top