Ukrayna daha 4 komleks “Bayraktar TB2” zərbə PUA-sı alacaq


DÜNYA 11 sen 2021, 15:00
“Türkiyə istehsalı olan “Bayraktar TB2” əməliyyat-taktiki pilotsuz uçuş aparatlarından hazırda Silahlı Qüvvələrin arsenalında 2 kompleks (12 uçuş aparatı) var”.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general-leytenant Valeriy Zalujnıy bildirib.

O qeyd edib ki, biri Hərbi Hava Qüvvələrində, biri Hərbi Dəniz Qüvvələrində olmaqla 2 belə kompleks artıq var:

“Bir kompleks bu il Müdafiə Nazirliyinin sifarişi ilə alınıb. Həmçinin Silahlı Qüvvələrin tələbatını ödəmək üçün 2021-22-ci illərdə daha 4 belə kompleksin alınması planlaşdırılır. Bundan əlavə, gələcəkdə yerli istehsal olan bu tip pilotsuz uçuş sistemləri də arsenalımıza almağı planlaşdırırıq”, - deyə, o əlavə edib.

Baş komandan bildirib ki, “Bayraktar”lar almaq, silahlanmaq hələ işin yarısı deməkdir:

“Çünki birincisi, onlarla effektiv işləməyi öyrənmək lazımdır, ikincisi, onların tətbiqi formaları üzrə taktikanı mütləq bilməliyik. Məsələyə kompleks yanaşmalıyıq. Təkcə “Bayraktar”ları almaqla iş bitmir. İndi bu aparatların istifadəsini metodikasını öyrənirik. Düzünü deyim ki, Azərbaycanın təcrübəsi olsaydı, daha rahat olardı. Etiraf edim ki, bu təcrübədən təəssüf ki, çox az şey bilirik”, - deyə, Valeriy Zalujnıy vurğulayıb.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top