DÇ-2022: Emin Mahmudov 1-ci oldu

İDMAN 10 sen 2021, 11:50
Azərbaycan millisinin futbolçusu Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsində topu ən çox ələ keçirən oyunçudur.

Demokrat.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi matçlar zamanı ümumilikdə 26 dəfə rəqiblərdən topu almağı bacarıb.

Slovakiya yığmasının müdafiəçisi Petar Stoyanoviç (18) 2-ci sırada qərarlaşıb.

Azərbaycan millisinin digər üzvü Anton Krivotsyuk isə 3-cüdür. Polşanın "Visla" (Plotsk) komandasında oynayan futbolçu 17 dəfə topu ələ keçirib.

Xatırladaq ki, A qrupunda mübarizə aparan Azərbaycan 5 oyundan sonra 1 xalla sonuncu pillədə qərarlaşıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top