Bir neçə gündür sosial şəbəkədə müzakirə olunan əsas məsələlərdən biri də ATV-nin ən məşhur aparıcılarının televiziyanı tərk etməsidir. Onların arasında 20 ildən çoxdur ki, ATV-də çalışan İlkin Həsəni, Aytən Səfərova, uzun illərdir "ATV maqazin onlarla" verilişinin aparıcısı olan Afaq Gəncəli, Fərid Rəsulu qeyd etmək olar. Uzun illərdir ATV-nin siması olan aparıcılar doğma televiziyalarından ayrılma xəbərlərini sosial şəbəkədə qeyd edirlər. Səbəbini tam açıqlamasalar da, onların televiziyadan narazı getdikləri şübhəsizdir.
Bəs görəsən telekanaların məşhur layihələrinin və simalarının kanalı tərk etməsi onun reytinqinə necə təsir edəcək?
Mövzu ilə bağlı Moderator.az-a danışan Zeynal Məmmədli televiziya daxilində hansı proseslərin baş verdiyini onların mətbuat xidmətlərindən almalı olduğumuz halda bu barədə oxucular sosial mediadan məlumatlandığını qeyd etdi:
“Hər televiziyanın ictima əlaqələr şöbəsi var, televiziyalar bu baxımdan bədbəxt, zavallı gündədir. Normalda televiziyaların mətbuat xidmətlərindən tamaşaçılara, media nümayəndələrinə kanalın yeni mövsümü ilə bağlı layihər barədə məlumat verməlidir. Belə ki, yeni mövsümdə telekanalda hansı layihələr olacaq, onların özəllikləri nələrdir, bu layihələrə kimlər cəlb ediləcək? Bununla bağlı bilgilər olmadığından belə bir anlaşılmaz durum yaranır. Telekanallar öz repertuarlarını yeniləyə, köhnə əməkdaşları ilə yollarını ayıra bilər. Burada təccüblü heç nə yoxdur. Hazırki vəziyyətdə həmin əməkdaşlar layihələrini başqa televziyalarda edir. Bu çox acınacaqlı vəziyyətdir. Çünki yeniliyə meyl yoxdur, dəyişimə can atılmır. Toxunmasan illərlə o layihəni olduğu kimi saxlayıb, köhnə formatda təqdim edirlər. Köhnə layihədə yeni mövsümdə heç bir yenilik, sürpriz olmur. Az-çox məşhurlaşan aparıcılar çoxdanlaşmış aparıcılara çevriliblər. Çoxdanlaşmaq unudulmaq deyil, amma ona doğru yol almaq deməkdir. Adını jurnalist qoymuş, jurnalisti əsil hədəfini ictimai məlumatlar yaymağı qulağının bir tərəfinə verənlər diqqət cəlb etmək istəyir”.
“Hazırkı vəziyyətdə ATV telekanalının reytinqi aşağı düşə bilərmi?”-sualımıza ekspert reytinqin olmasının vacibliyindən danışdı: “Reytinq omalıdır ki, rəqabət olsun. Reytinlə bağlı şəffaf mühit yoxdur. Şəfaff reklam bazarı yoxdursa, televiziyalar arasında rəqabət yaradılmırsa hansı reytinqdən danışmaq olar?"