Azərbaycan XİN Şimali Makedoniya və Andorranı təbrik etdi

XARİCİ SİYASƏT 08 sen 2021, 17:36
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Şimali Makedoniyanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində məlumat verilib.

“Müstəqilliyinin 30-cu ildönümündə Şimali Makedoniyanı səmimi-qəlbdən təbrik edirik və bu əlamətdar gündə uğur və rifah üçün ən xoş arzularımızı çatdırırıq. Müstəqillik Günün mübarək, Şimali Makedoniya!”, - məlumatda qeyd edilib.

XİN həmçinin Andorranın Milli Günü münasibətilə paylaşım edib: “Andorranın Milli Gününü səmimi-qəlbdən təbrik edirik və bu əlamətdar gündə uğur və rifah üçün ən xoş arzularımızı çatdırırıq. Milli Günün Mübarək, Andorra!”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top