Oğurluğa görə tutulan şəxs məhkəmədən sonra öldü

HADİSƏ 07 sen 2021, 15:52
Beyləqanda oğurluğa görə tutulan şəxs xəstəxanada ölüb.

Demokrat.az xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış Elnur Əhədzadə halı pisləşdiyi üçün rayon xəstəxanasına aparılıb. E.Əhədzadə orada vəfat edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə təqsirləndirilən Bakı şəhər sakini Elnur Əhədzadə sentyabr ayının 2-də Beyləqan Rayon Məhkəməsində keçirilən məhkəmə prosesindən qayıtdıqdan sonra qəflətən baş vermiş qıcolma səbəbindən səhhəti ağırlaşıb:

“Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilən E.Əhədzadənin ilkin diaqnoz olaraq beyin insultu keçirtdiyi müəyyən edilib. Həkimlərin səyinə baxmayaraq, o, sentyabrın 4-də xəstəxanada vəfat edib”. 

DİN-dən qeyd edilib ki, hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırmalar aparılır.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top