Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

DÜNYA 31 iyl 2021, 20:25
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb.

Demokrat.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb.

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 5,27 % artaraq 2 469 dollar olub. İlk onluqda qərarlaşan kriptovalyutalardan ən böyük artım isə “Polkadot”da olub.

Kriptovalyuta bazarının toplam dəyəri 1,63 trilyon dollar həddində qərarlaşıb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 14:42-a olan məlumatları aşağıdakı kimidir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top