İlqar Mirzəyevin qızı müsabiqədə qalib gəldi

SOSİAL 31 iyl 2021, 15:00
"Creative Spark Big Idea Challange-2021" (CSBIC-2021) yarışının 5-18 iyul tarixlərində keçirilən səsverməsinin nəticələrinə görə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva çempion olub.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "ibi.AzMİU" instaqram hesabında paylaşım edilib. 

Gülnarə Mirzəyeva müsabiqədə “TechnoHealth” startup layihəsi ilə çıxış edib. Müsabiqədə Azərbaycan da daxil olmaqla yeddi ölkə iştirak edib. Yarışda 600-dən çox komanda olub, iştirakçılara 84000 nəfər səs verib.

Gülnarə Mirzəyevadan başqa bu müsabiqədə daha bir azərbaycanlı gənc Məmmədov Elnur ölkəmizi təmsil edib. O, “Creative” kateqoriyasında öz "Stork" “startup” layihəsi üzrə kateqoriyada 1-ci yeri tutub.

Qeyd edək ki, Mirzəyeva Gülnarə və Məmmədov Elnur Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnnovativ Biznes İnkubator mərkəzinin üzvləridir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top