Hindistanda avtobus qəzası baş verdi, ölənlər var

DÜNYA 19 iyl 2021, 21:17
Hindistanın şimalındakı Uttar Pradeş ştatında ötən gecə iki avtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

“Report” NDTV-yə istinadən xəbər verir ki, toy məclisindən qayıdanları daşıyan avtobus Aqra-Çandausi magistral yolunda hərəkət edərkən Laharavan kəndi yaxınlığında təkəri partlayıb. Buna görə də yolun kənarında dayandığı vaxt başqa bir avtobus ona çırpılıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top