Arşavin Rusiya və Azərbaycan çempionatlarının birləşdirilməsini təklif etdi

İDMAN 16 iyl 2021, 19:59
"Qazaxıstan, Azərbaycan və Belarus çempionatları ilə birləşməliyik. Bu, ən azından tamaşaçı auditoriyasını genişləndirə bilər. Ən yaxşı seçim Ukrayna ilə birləşməkdir. Amma hazırkı siyasi vəziyyətdə bu qeyri-mümkündür".

Demokrat.az xəbər verir ki, bu fikirləri Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin ölkəsinin mətbuatına açıqlamasında Premyer Liqanı inkişaf etdirməyin yolları barədə danışarkən deyib.

Veteran hücumçu bildirib ki, "Arsenal"la oyunlar Azərbaycanın iki komandası ("Neftçi" və "Qarabağ"ı nəzərdə tutur) Rusiya çempionatının ikinci “səkkizliy”indən zəif deyil: "Bu ölkələrin hərəsindən 2, Rusiyadan 12 komanda götürə bilərik".

Qeyd edək ki, Andrey Arşavin karyerası ərzində Rusiyada "Zenit", "Kuban", İngiltərədə "Arsenal" və Qazaxıstanda "Kayrat" klublarının formasını geyinib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top