Naxçıvan-Bakı-Naxçıvan avtobusları işə başlayır

İNFRASTRUKTUR 14 iyl 2021, 21:24
Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir.
 
Demokrat.az 
xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək. Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində 4 avtobus xidmət göstərəcək.
 
Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər.
 
Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top