Məmmədyarov Kasparova yenə qalib gəldi

İDMAN 11 iyl 2021, 22:59
Blits şahmat üzrə “Grand Chess Tour” başa çatıb.

Demokrat.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışın ikinci günündə şahmatçılar daha doqquz turun görüşlərini keçirib. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün altı xal toplayıb.

O, XV tur çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşıb. Şəhriyar Azərbaycan şahmatının yetirməsi olan, erməni əsilli rəqibini bir gün öncə olduğu kimi yenə də məğlub edib. Ümumilikdə 19 xal toplayan Məmmədyarov turniri altıncı pillədə başa vurub.

Yarışın qalibi adını franslı Maksim Vaşye-Laqrav qazanıb. O, 23 xalla hamını qabaqlayıb. İkinci yeri 21 xalla hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand, üçüncü yeri 20,5 xalla Aniş Qiri (Niderland) tutub./Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top