Ayşən Abduləzimova yenidən Macarıstan klubunda

İDMAN 10 iyl 2021, 10:27
Voleybol üzrə Azərbaycan milli komandasının üzvü Ayşən Abduləzimova yenidən Macarıstanda çıxış edəcək.

Demokrat.az xəbər verir ki, voleybolçumuz keçmiş komandası “Vaşaş”a qayıdıb.

Bu barədə Macarıstan klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Ayşən 2018-2020-ci illər aralığında məhz Budapeşt təmsilçisinin uğurları üçün çalışıb. Mərkəz oyunçusu bu komandada keçirdiyi iki mövsüm ərzində həm ölkə çempionu olub, həm də Macarıstan kubokunu qazanıb.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top