Generalın rəis qardaşı xidməti otağında özünü güllələdi

HADİSƏ 09 iyl 2021, 12:05
Bakının Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi xidməti otağında intihar edib.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, polis polkovnik-leytenantı Rahib Mirzəyev xidməti otağında özünü tapança ilə vuraraq öldürüb.

Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. S. Mirzəyev hazırda təqaüddədir.

Qeyd edək ki, R. Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə rəis təyin edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top