Biləsuvar sakinini Bakıda “tok” vurdu

HADİSƏ 07 iyl 2021, 23:51
Bakda daş karxanasında ölüm hadisəsi baş verib.

Demokrat.az
xəbər verir ki, hadisə Qaradağ rayonun ərazisində yerləşən daş karxanalarının birində baş verib.

Biləsuvar şəhər sakini olan, Quliyev Vəli Hüseyn oğlu bu gün karxananada işdə olarkən, ehtiyatsızlıqdan dünyasını dəyişib. Şahidlərin sözlərinə görə V.Quliyev idarə etdiyi daşyükləyən aqreqata elektrik enerjisi ilə təmin edən xəttin yerini dəyişərkən onu tok vurub. O, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, mərhum 1985-ci il təvəllüdlü olub. Uzun illərdir karxanada çalışan V.Quliyev 3 uşaq atası idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top