Qarabağda döyüşən əcnəbinin istintaqa verdiyi ifadəsi açıqlandı


KRİMİNAL 07 iyl 2021, 17:10
Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi prosesi keçirilir.

Demokrat.az xəbər verir ki, prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan iclasda şahid qismində Arif Osmanov dindirilib.

O ifadəsində Hərbi Qənimətlər Parkının yaxınlığında gəzərkən təqsirləndirilən şəxsin saxlandığını deyib: "Bizi dəvət etdilər. Onum üzərində və çantasına baxış keçirildi. Çantasından erməni və rus dillərində yazılar və telefon var idi".

Prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib.

Sənədlərdə qeyd olunub ki, Dubakov bir neçə  Rusiyada Ermənistana, oradan da Azərbaycanım işğal altında olan torpaqlarına səfər edib. 

O, Ermənistanda olan "Voma" təşkilatına üzv olub və Azərbaycanın işğal edilmiş ərazisində hərbi təlimlərdə iştirak edib. O, təşkilatın rəhbəri Vladimr Vartanov tanışlığı yaranıb.

Rusiya Federal Xidmətinin arayışında qeyd olunub ki, Eduard Dubakov Rusiyadan Ermənistana bir neçə dəfə səfər edib.

Bundan başqa telefon yazışmalarında müəyyən edilib ki, Dubakov Artyom, Samir Mirzayan, Zararyan və digər şəxslərlə telefon zəngləri var. 

Eduard Dubakovun istintaqa verdiyi ifadə elan edilib.

Dubakov istintaqa verdiyi ifadəsində bildirib ki, 2018-ci ilin sentyabr-oktyabrında sosial şəbəkələrdə "Voma" təşkilatının videoçarxa izləyib: "Videoçarxlarda təşkilatın hərbi təlimlər keçirdiyini şahid oldum. Təşkilat haqqında maraqlandım. Onların məqsədi Dağlıq Qarabağda azərbaycanlılara qarşı döyüşlərdə iştirak etmək üçün gənc kadrlar hazırlayırlar. Rusiyada yaşamağına baxmayaraq ata tərəfindən erməni olduğumu unutmamışam. Həmin video baxdıqdan sonra erməni xalqına kömək etmək istədim. Ona görə də, "Voma" təşkilatı ilə əməkdaşlıq etmək qərarı verdim.  İnternet üzərində təşkilata üzv oldum. 

Daha sonra 2018-ci ildə Ermənistana gəldim. Orada təşkilat tərəfindən təlimlərə cəlb olundum. Təşkilatda məndən başqa da başqa ölkələrdən gələrək təlimlərdə iştirak edən şəxslər var idi. Təlimlərdə məqsəd Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək, dinc əhali arasında vahimə yaratmaq və partlayışlar törətmək idi. 2018-ci ildə bir neçə təlimdə iştirak etdim. 

Bizi Şuşaya, Xankəndiyə və digər ərazilərə apardılar. Orada döyüş olacaq ərazilərdə yerli şəraitlə tanış olduq. 

2018-ci ilin sonunda Rusiyaya qayıtdım. 

Daha sonra 2019-cu ilin iyul ayında yenidən Ermənistana, oradan da işğal olunmuş ərazilərdə olmuşam, təlimlərdə iştirak etmişəm. 2021-ci ilin yanvar 14-də Azərbaycana gəlmişəm".

Növbəti proses iyulun 14-də davam edəcək.

Fariz Məlikli
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sen 2021, 08:30
Top