"Ermənistanda matəm və milli rüsvayçılıq günləri qeyd edilməlidir" — Artak Zakaryan


REGİON 06 iyl 2021, 00:23
Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan erməni vətəndaşlarının təəccübünə səbəb olan təkliflə çıxış edib.

Demokrat.az
xəbər verir ki, Zakaryan təklif edib ki, hər il 9 noyabr ölkə üçün matəm günü elan edilməlidir. Qeyd edək ki, ötən ilin bu tarixində Rusiya, Azərbaycan, Ermənistan liderləri Qarabağla bağlı üçtərəfli bəyanat imzalayıb. Artak Zakaryanın digər təklifi isə bu olub ki, 1 iyun 1975-ci il tarixi də Ermənistan üçün qara gün kimi qeyd edilməlidir. Məhz bu gün Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan anadan olub.

“1 İyun və 8 May yas günləri kimi tarixə düşməıidir  Parlament məhz bu günü kapitulyatoru baş nazir seçib.  20 iyun isə milli rüsvayçılıq günü kimi yad edilməlidir”.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top