Arvadını öldürmək istəyən kişi həbs edildi


KRİMİNAL 03 iyl 2021, 18:28
Bəzi kütləvi informasiya vasitələrində Şamaxı şəhər sakini 26 yaşlı Zümrüd Yusifovanın əri Səməd Yusifov tərəfindən bıçaqlanması barədə informasiyalar yayılıb.

Demokrat.az xəbər verir ki, Baş Prokurorluq bununla bağlı məlumat yayıb.

Məlumatda deyilir:

"İyunun 27-də saat 16 radələrində Səməd Yusifov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zümrüd Yusifovaya mətbəx bıçağı ilə çox saylı zərbələr endirməklə qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Səməd Yusifov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir".

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top