Nigeriyadan gələn məhsullara quş qripi səbəbindən qadağa qoyuldu

SOSİAL 30 iyn 2021, 20:35
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Nigeriya Federativ Respublikasının Kano, Niger, Nasarava, Kaduna, Qombe, Bauçi, Plato, Laqos və Edo ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Nigeriya Federativ Respublikasının Kano, Niger, Nasarava, Kaduna, Qombe, Bauçi, Plato, Laqos və Edo ştatlarından bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Nigeriya Federativ Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top