Millimizin sabiq futbolçusu “Neftçi”nin rəqibini dəyərləndirdi — VİDEO

İDMAN 28 iyn 2021, 17:36
Geridə qalan mövsümdə “Neftçi”nin əvəzedicilərdən ibarət komandası ilə 64 xal toplayaraq 1-ci divizionda qalib gələn Mahmud Qurbanov Baku TV-nin qonağı olub. 

Kanala geniş müsahibə verən milli komandamızın keçmiş üzvü ötən mövsümü dəyərləndirib.

O, həm baş məşqçisi olduğu “Neftçi-2”nin çıxışından danışıb, həm də Premyer Liqada əsas heyətin çempionluğunu dəyərləndirib. 

Mahmud Qurbanov budəfəki mövsümün digərlərindən fərqli olduğunu bildirərək, çempionluğa gedən yolla bağlı fikirlərini bölüşüb. 

UEFA Çempionlar Liqasında “Neftçi”nin rəqibi “Dinamo” (Tbilisi) ilə bağlı da danışan M.Qurbanov rəqib komandanın baş məşqçisi Kaxaber Tsxadadzenin üslubunun klublarımız üçün yad olmadığını dilə gətirib.

Daha ətraflı Baku TV-nin süjetində:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top