Malidə hücum zamanı 6 hərbçi öldürüldü

DÜNYA 26 iyn 2021, 21:43
Malidə Silahlı Qüvvələrin postu hücuma məruz qalıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, hadisə Boni kəndində baş verib. Hücum zamanı 6 hərbçi həlak olub, daha 1 nəfər yaralanıb.

Bu, gün ərzində ikinci silahlı hücum olub. Daha əvvəl BMT-nin sülhməramlı missiyası da silahlı hücuma məruz qalıb. Nəticədə 15 sülhməramlı yaralanıb. Onlardan 13-ü Almaniya sülhməramlılarıdır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top