İranın ali lideri 5 mindən çox məhkumu əfv etdi

DÜNYA 26 iyn 2021, 18:15
İranın ali lideri ayətullah Seyid Əli Xamənei ali məhkəmənin sədri, yeni seçilmiş prezident İbrahim Rəisinin 5 min 156 məhkumun cəzasının yüngülləşdirilməsi və əfv edilməsi barədə təklifini imzalayıb.

“Report” xəbər verir ki, məlumatı “Mehr” xəbər agentliyi yayıb.

Bildirilib ki, İmam Rzanın mövlud günü və məhkəmə həftəsinə həsr edilən əfv qərarı inqilab məhkəmələri, dövlət cəza qurumları ilə silahlı qüvvələr məhkəmələrində cəza almış məhkumları əhatə edir.

İran Konstitusiyasının 110-cu maddəsinə əsasən, ayətullah Seyid Əli Xaməneinin əfv etmək hüququ var.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top