“İndi anlayıram ki, irəliləyib doğru addımlar atdıqca söyüləcəksən”

SOSİAL 23 iyn 2021, 19:58
“Mənim feysbuka qayıtmaq niyyətim yoxdur və səhifəmi birdəfəlik silmişəm”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, hazırda Strasburqda səfərdə olan Erkin Qədirli jurnalist Emin Millinin “Daha yaxşı” verilişində qonaq olarkən deyib. 

O qeyd edib ki, feysbuka qayıtmaq üçün yenidən profil açmalı, sıfırdan başlamalıdır: “Mənim də elə bir həvəsim yoxdur. Seçicilərim mənimlə adıma açılan deputat saytı, email ünvanı, köməkçim vasitəsilə əlaqə yarada bilirlər. Məni tapmaq çox asandır”.

Deputat həmçinin onun fəaliyyətini sevməyənlərə də cavab verib: "Siyasətçini kimsə niyə sevməlidir ki? Siyasətçi ağrılı qərarlar verir, onla razılaşanlar, razılaşmayanlar olar. Mən artıq buna alışmışam. Əvvəllər isə bu mənə ağır gəlirdi. İndi anlayıram ki, bu işin qaydası budur. Sən irəlilədikcə, doğru addımlar atdıqca söyüləcəksən. Bu sahədə nə etsən də, sənlə razılaşmayanlar, nifrət edənlər olacaq. Son 1 il bunu mənə göstərdi". /Qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top