“Operativ Qərargahın qərarı ilə bilərəkdən, yaxud bilməyərəkdən onlarla korrupsiya mənbələri yaradıldı”

GÜNDƏM 22 iyn 2021, 13:00
“Baş Nazir Əli Əsədovun imzaladığı qərarla 1 iyuldan toy, nişan, ad günləri və digər mərasimlərin keçirilməsinə icazə verildi. Əlbəttə, çoxdan gözlənilən və alqışlanan qərardır. Ancaq qərarla tanışlıq onu göstərir ki, bu qərarla bilərəkdən, yaxud bilməyərəkdən onlarla korrupsiya mənbələri yaradıldı”.

Demokrat.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Qərarın demək olar ki, hər bəndi vəzifədən sui-istifadə hallarına imkan yaradır. Ona görə də təcili qərara yeni düzəlişlərin edilməsi və qaydaların sadələşdirilməsi çox vacibdir. Bir məqama isə hökmən aydınlıq gətirilməlidir. Koronavirusun geniş yayıldığı vaxtlarda vətəndaşların az qala yarısı xəstəliyi tibb müəssisəsinə müraciət etmədən evlərində keçirdilər. Özü də bu tək vətəndaşların səhlənkarlığı ucbatından baş vermədi. Həmin dövr bəzi hallarda nəinki xəstəxanalarda yer olmurdu, hətta təcili tibbi yardım maşınları çatdırmadıqlarından çağırışlara belə cavab vermirdilər. Bu, vətəndaşların xəstəlik keçirməsi heç bir yerdə qeydə alınmayıb. Bəzi vətəndaşlar isə xəstəlik keçirməsələr də yaşlarına görə hələ ki, peyvənd oluna bilməyiblər. Bütün bu məsələlər aydınlaşdırılmalı və qadağalar maksimum azaldılmalıdır. Əks halda növbəti korrupsiya dalğası və vətəndaşların arazılığının artması prosesi baş verəcək. Bu günkü vəziyyətdə isə bu hakimiyyətə heç də lazım deyil” – A.İsmayılov bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top