SON DƏQİQƏ! Sedat Pekərin gizləndiyi oteldə ƏMƏLİYYAT

HADİSƏ 12 iyn 2021, 20:06
Haqqında həbs qərarı verilən mafiya lideri Sedat Pekərin Birləşmiş Ərəb Əmirliyində gizləndiyi oteldə əməliyyat keçirildiyi iddia edilib. 

Demokrat.az
xəbər verir ki, Türkiyənin "Aydınlıq" qəzeti Sedat Pekərin Balkanlardan Mərakeşə, oradan da BƏƏ-yə qaçışını İsrailin kəşfiyyat idarəsi olan Mossad tərəfindən həyata keçirildiyini, Dubayda qaldığı otelin "toxunulmaz otel" adlandırıldığını yazmış, həmin oteldən çəkilən fotoları yaymışdı. 

Qəzetin yaydığı yeni məlumata görə, Pekərin Dubaydan aparılması planlaşdırılarkən, cinayətkar şəbəkə başçısı problemlərlə üzləşib. Belə ki, "toxunulmaz otel"dən başqa bir otelə aparılan Pekər və yanındakı 12 nəfərlik qrupa Türkiyədəki rəqibləri tərəfindən əməliyyat həyata keçirilib. Məlumatlara görə, Pekəri mühafizə edən Mossad əməkdaşları onu aralarında "Hilton Dubai" də olmaqla 3 başqa otelə aparmaq məcburiyyətində qalıblar. Lakin, sonda Sedat Pekər yenidən "toxunulmaz otel"ə aparılıb.

Dubay rəhbərliyinin prosesin deşifrə olmasından təlaşlandığı və Pekərin oteli tərk etməsini istədiyi qeyd olunur. 

"Mütəşəkkil cinayətkar dəstə liderinin zaman-zaman kontroldan çıxdığını bildirən qaynaqlar, Dubay yönətiminin Mossadın işin içində olmasının deşifrə olmasından təlaşlandığını bildirirlər. Dubay rəhbərliyi prosesin əleyhlərinə çeviriləcəyi və bunun bədəlinin ağır olacağı təlaşı içindədirlər. BƏƏ kəşfiyyatı bölgədə baş verən son prosesləri dəyərləndirərək bazarertəsi günü Pekərin oteli tərk etməsini tələb edib", deyə "Aydınlıq" qəzetinin məqaləsində qeyd olunur.  

Qəzetin yazdığına görə, Pekəri idarə edən qrup bir tərəfdən yayınlanan videoların effektivliyini qiymətləndirərkən, digər tərəfdən də "oteli tərk edin" xəbərdarlıqları qarşısında yeni planlar hazırlayırlar.

"Pekər və onu idarə edən qrup çərşənbə günü, Türkiyə vaxtı ilə 23:00-da özəl bir təyyarə ilə Dubaydan çıxmağı planlaşdırır. Pekərin yeni adresini müəyyənləşdirənlər onu Balkanlardan Mərakeşə, ordan da BƏƏ-yə gətirən Mossad qrupudur", deyə qəzet yazır. 

Xatırladaq ki, mütəşəkkil cinayətkar dəstə lideri Sedat Pekər çərşənbə günü sosial mediada qaldığı otelin yerinin təsbit edildiyini bildirmişdi. Pekər uzun bir yolçuluğa çıxdığını qeyd etmişdi.(Avropa.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top