Füzuli və Ağdamın azadolma tarixləri də abunə kodlarında əks olunacaq

İNFRASTRUKTUR 09 iyn 2021, 12:37
Ağdam və Füzuli rayonlarında da qeyri-əhali qrupu olan abunəçi kodları da bu rayonların işğaldan azad edilmə tarixinə uyğunlaşacaq.

Demokrat.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən birifinqdə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.

V.Mustafayevin sözlərinə görə, hazırda bununla bağlı işlər aparılır:

"Bilirsiniz ki, Füzuli və Ağdam rayonlarının böyük bir hissəsi bizim nəzarətimizdə idi. Bu isə o deməkdir ki, mövcud abunə kodları var. Amma hazırda texniki işlər aparılır və tezliklə bu rayonlarda olan qeyri-əhali qrupu istehlakçıların abunə kodunda həmin rayonların işğaldan azad edilmə tarixi öz əksini tapacaq".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top