Siyəzəndə şok olay: Gənc oğlan azyaşlı qıza qarşı seksual hərəkətlər etdi — Təfərrüat

KRİMİNAL 07 iyn 2021, 10:24

Siyəzən rayonunda gənc oğlan yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Demokrat.az-ın xəbərinə görə, Siyəzən rayon sakini Elmar Quliyev həmyerlisinə qarşı seksual xarakterli hərəkətlər etməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Araşdırma zamanı məlumat təsdiqini tapıb.

İstintaq orqanı tərəfindən Elmar Quliyevin barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Siyəzən rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Bəylər Ələkbərovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 14-nə təyin olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top