"Sahibkarlar xahiş etdi, mən də Gömrük Komitəsinə, rəhbərliyinə müraciət etdim" — VİDEO

İQTİSADİYYAT 06 iyn 2021, 20:07
"Bilirsiniz, fermerlər üçün əsas bazar Rusiya bazarıdır".

Demokrat.az-ın xəbərinə görə, bu sözlərinə Muğan TV-yə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat Rusiya ilə Azərbaycan sərhədindəki gömrük məntəqələrində böyük növbələr yarandığını bildirib:

"Yüzlərlə maşın növbə gözləyirdi. Yük maşınları iki həftə, bəzən gün sərhəddə gözləyirdi, məhsul məhv olurdu. Bu məsələni Cəlilabad fermerləri, sahibkarları məndən xahiş etdi və parlamentdə mən məsələ qaldırdım. Gömrük Komitəsinə, rəhbərliyinə müraciət etdim, parlamentdə səsləndirdim. Daha sonra bütün mətbuat bundan yazdı. İndi o məsələnin də həllində bir az irəliləmə var" - deyə E.Nəsirov qeyd edib.

Vaqif
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top