Bakıda bir nəfəri öldürüb, digərini yaralayan şəxsin istintaqı başa çatdı

KRİMİNAL 01 iyn 2021, 09:52
Bakının Qaradağ rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Tofiq Əlixanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 7-ə təyin edilib.

İttihama görə, ötən il oktyabrın 8-də, gecə saat 02.00-da Qaradağ rayonun Müşfiqabad qəsəbəsi ərazisində Qobustan rayon sakini, 1981-ci il təvəllüdlü Məqatil Zeynalovun qarın və qol nahiyəsindən bıçaq xəsarətləri olan cəsədi qəsəbənin küçəsində tapılıb.

Bundan əlavə, Məqatil Zeynalovun 1998-ci il təvəllüdlü həmyerlisi Murad Bəhramov ağır yaralı vəziyyətdə olub. O, Qaradağ rayon xəstəxanasına aparılıb.

Qətldə şübhəli bilinən şəxs avtomobillə hadisə yerindən qaçıb. Bu, yaxınlıqda quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Məlum olub ki, saxlanılan şəxs əvvəllər hakimiyyət nümayəndələrinə müqavimət göstərdiyinə görə məhkum olunmuş Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Tofiq Əlixanovdur.

Məlum olub ki, kişilər arasındakı münaqişə münasibətləri müəyyənləşdirmə əsasında baş verib. Qarşılıqlı təhqirdən sonra Tofiq Əlixanov komendant saatı olmasına baxmayaraq, Murad Zeynalovu danışmaq üçün görüşə çağırıb.

Buna görə də onların arasında dava böyüyüb və qətl hadisəsi baş verib.

Qeyd edək ki, qətl hadisəsi dövründə Bakı şəhərində, bir çox bölgələrdə komendat saatı tətbiq olunurdu.

İstintaq orqanı tərəfindən Tofiq Əlixanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top