Nursultanda Azərbaycan Ticarət Evi açıldı — FOTO

İQTİSADİYYAT 26 may 2021, 00:03
Qazaxıstanın paytaxtı Nursultan şəhərində Azərbaycan Ticarət Evi fəaliyyətə başlayıb.

Bu barədə “Kazinform” agentliyinə istinadən ölkəmizin Qazaxıstandakı səfirliyi özünün “Facebook” səhifəsində məlumat yayıb. Bu addımın iki ölkə arasındakı iqtisadi münasibətlərin möhkəmlənməsinə istiqamətləndiyi bildirilib.

“Bugünkü hadisəni bayram tədbiri adlandırmaq olar. Belə ki, mayın 28-də Azərbaycan öz dövlətçiliyinin 103 illiyini qeyd edir. Məhz belə bir əlamətdar gün ərəfəsində biz Azərbaycan Ticarət Evinin açılışını edirik. Bu təşəbbüsün müəllifləri hər iki ölkənin prezidentləridir. Bu, Qazaxıstanda Azərbaycanın ilk və tək Ticarət Evidir. Tezliklə Almatı və Aktauda da filiallar açmağı planlaşdırırıq. Gələcəkdə Qazaxıstanın bütün bölgələrini əhatə etmək niyyətindəyik”, - deyə Azərbaycan Respublikasının Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Məmmədov bəyan edib.
Nursultanda Azərbaycan Ticarət Evi açıldı - Foto

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top