Deputat: “Prezident dəfələrlə vurğulayıb ki, Ermənistanın çıxış yolu...”

GÜNDƏM 24 may 2021, 12:11
"Ermənistan tutduğu səhv yolu dərk etməli və düşdüyü vəziyyətdən nəticə çıxarmalıdır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Ermənistanın yeganə çıxış yolu Azərbaycanla sülh şəraitində qonşuluq etməkdir. Ermənistan Azərbaycan, Türkiyə və Gürcüstana qarşı olan ərazi iddialarından əl çəkməlidir. Onsuz da bu dövlət və millət xəstə siyasətin qurbanıdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputatın fikrincə, erməni milləti özünü inandırıb ki, bunlar qeyri-adi millətdirlər, tarixdə nə vaxtsa Ermənistan imperiyası olub və indi də bu ideologiya ilə yaşaya-yaşaya imperiyanı bərpa edəcəklər: "Lakin bu tarixin heç bir dövründə olmayıb, bu gün də yoxdur, sabah da olmayacaq. Sadəcə olaraq, erməni milləti xəstələnib və ciddi müalicəyə ehtiyacı var. Ermənistanın qonşularla mehriban əməkdaşlıq etməkdən başqa çıxış yolu yoxdur, gərək Zəngəzur məsələsi, Mehri dəhlizi, kommunikasiya layihələri ilə razılaşsınlar. Dilənçiliklə, xaricdən gələn yardımlar hesabına dolanmaq nə vaxta kimi mümkün olacaq?! Gözlərini ancaq Qərbdə, Cənubda yerləşən bir sıra dövlətlərin ianələrinə dikiblər. Səhv edirlər, çünki qonşudan gələn payla qarın doyurmaq olmaz. Beləliklə, bütün bunlar deməyə əsas verir ki, ermənilərin qanında, genində qaraçılıq xisləti var, dilənməyə vərdiş ediblər. Amma yanılırlar, yol axtarmaq lazımdır".

E.Məmmədov vurğulayıb ki, Azərbaycanla sülhə razı olmayan Ermənistan yenə də xarici qüvvələrin fitvasına gedərsə, onların şirin yalanlarına inanarsa, indikindən də betər günə düşəcək: "Bu səbəbdən, erməni cəmiyyəti düşünüb-daşınıb özlərinə sağlam siyasi iradəyə sahib rəhbər təyin etməlidirlər. Çünki son 30 il ərzində bu dövlətə rəhbərlik edənlərin hər biri faşist ideologiyası ilə yaşayan adamlar olub. Bu səhvlərdən düzgün nəticə çıxarıb normal lider seçmək lazımdır ki, onları düşdükləri fəlakətdən qurtara bilsin".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top