Samirə Əfəndi Avroviziyadan yazdı: "Biz artıq qalibik"

ŞOU-BİZNES 23 may 2021, 10:21
“Kimin qalib gələcəyinin əhəmiyyəti yoxdur. Biz artıq qalibik”.

Demokrat.az  xəbər verir ki, bu sözləri “Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndi instaqram hesabında yazıb.

Samirənin paylaşdığı fotoda ona daha əvvəl sevgi etirafı edən Norveç təmsilçisi Andreas Haukeland - TIX yer alıb.

Qeyd edək ki, “Avroviziya-2021”in qalibi 524 xalla İtaliya təmsilçisi  “Maneskin” qrupu olub.

İtaliya təmsilçilərinin "Zitti e buoni" mahnısı səsvermə zamanı ən çox xal toplayan ifa olub.

Azərbaycanı “Mata Hari” mahnısı ilə təmsil edən Samirə Əfəndi isə 20-ci pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top