Azərbaycan paralimpiyaçıları Tbilisidə iki qızıl medal qazandı

İDMAN 22 may 2021, 21:56
Gürcüstanın paytaxtı Tbilisidə pauerliftinq üzrə paralimpiyaçılar arasında Dünya Kuboku davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan təmsilçisi Elşən Hüseynov 107 kq çəki dərəcəsində birinci yeri tutub.

İkinci və üçüncü yerləri özbək idmançı Nuriddin Davlatov və Gürcüstan təmsilçisi Akaki Cinçaradze paylaşıblar.

Digər ağırlıq qaldıran Şamo Aslanov isə 107 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb, II yeri kolumbiyalı Con Kastaneda Velasquez, III yeri isə gürcü Giorgi Latsabidze tutub.

Yarışlara sabah yekun vurulacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top