Çində sürücü avtomobili insanların üzərinə sürdü — 4 nəfər öldü


DÜNYA 22 may 2021, 21:17
Çinin şimal-şərqində yeləşən Lyaonin əyalətinin Dalyan şəhərində bir kişinin minik avtomobilini piyada keçidindəki kütlənin üzərinə sürməsi nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, məlumatı yerli polis yayıb.

Hadisə mayın 22-də şəhərin Çjunşan rayonunda iki küçənin kəsişməsində baş verib. 31 yaşlı Lyu soyadlı kişi avtomobili piyada keçindəki insanların üzərinə sürüb.

Hadisənin səbəbi hələlik məlum deyil. Sürücü hadisə yerindən qaçsa da, polis onun tutulduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.(report.aZ)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sen 2021, 23:37
Top