Ermənistanda koronavirusdan ölənlərin sayı 4 386-ya yüksəldi

DÜNYA 22 may 2021, 12:24
Ermənistanda son sutkada koronavirusa 181 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 221 880-a çatıb. Məlumata görə, ölkədə son sutkada daha 15 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 386-ya yüksəlib.

Koronavirusa yoluxan 210 835 pasiyent sağalıb. Hazırda 5 586 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top