Abşeronda şəhidin xatirəsinə ucaldılan abidə-bulaq kompleksi açıldı — FOTO

SOSİAL 18 may 2021, 19:33
Abşeron rayonunun Güzdək qəsəbəsində şəhid Turabov Rüstəm Fərman oğlunun  (22.09.1998 – 21.10.2020) xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.

Rayon İcra Hakimiyyətindən Demokrat.az-a verilən məlumata görə,  açılışda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş-səngər yoldaşları, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak edib.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən şəhid Rüstəm Fərman oğlu Turabovun “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonra şəhid Rüstəm Turabovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub. 

Daha sonra İ.Gülməmmədova şəhidin anası Kəmalə Turabova və atası Fərman Turabovla görüşərək, onların qayğıları və problemləri ilə maraqlanıb. F.Məmmədovun ailəsi də ölkədə şəhidin ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top