Zidan "Real Madrid"dən getmək istəyir

İDMAN 15 may 2021, 20:38
İspaniyanın “Real Madrid" futbol komandasının baş məşqçisi Zinəddin Zidan mövsümün sonuna yaxın vəzifəsindən getməyə qərar verib.

"Report"un “TeleMadrid”ə istinadən məlumatına görə, 48 yaşlı mütəxəssis klubdan ayrılmaq istəyir. Baş məşqçi mənəvi və fiziki gərginlikdən yorulub. Zidan komandanın İspaniya çempionu olub-olmayacağına rəğmən, klubu tərk etmək niyyətindədir.

Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"ə 2019-cu ildən başçılıq edir. O, daha əvvəl - 2016 - 2018-ci illərdə də Madrid komandasının sükanı arxasında olub. "Kral klubu" fransalı mütəxəssisin rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi və 2 dəfə İspaniya çempionu olub. Bu mövsüm "Real Madrid" La Liqada 36 oyundan 78 xal yığıb və turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top