Gürcüstanın sabiq baş nazirinin tərəfdarları artır


DÜNYA 11 may 2021, 22:35
Gürcüstanın Qori bələdiyyəsi merinin müavinləri – Erasti Elicaraşvili və Paata İvanişvili vəzifələrini tərk ediblər.

“Report”un yerli bürosu xəbər verir ki, onlar istefaları ilə bağlı birgə bəyanatla çıxış ediblər.

Sabiq müavinlər ölkənin keçmiş baş naziri Giorgi Qaxariyanın komandasına qoşulacaqlarını və yerli seçkilərə hazırlaşacaqlarını bildiriblər.

Qeyd edək ki, 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın hökumət başçısı olmuş G.Qaxariya partiya yaradır. Yeni siyasi təşkilatın bu ay ərzində təqdim olunacağı gözlənilir. Ötən ay sabiq baş nazirin komandasına hakim Gürcü Arzusu Partiyasını tərk etmiş 6 deputat qoşulub.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyn 2021, 18:28
Top