Deputat: “İlham Əliyevin qəti mövqeyi reallaşacaq və Zəngəzur dəhlizi mütləq açılacaq”


GÜNDƏM 11 may 2021, 14:34
“Yeni simada Ordubad stansiyası ilə tanışlığımız öz növbəsində rəmzi xarakter daşıyır: bir tərəfdə ermənilərin vəhşiliyi nəticəsində yerlə yeksan olunmuş, xarabalığa çevrilmiş Mincivan stansiyası, digər tərəfdə isə Azərbaycanın qurub yaratdığı, ən müasir standartlara cavab verən Ordubad stansiyası. Bu o deməkdir ki, Prezident İlham Əliyevin qəti mövqeyi reallaşacaq və Zəngəzur dəhlizi mütləq açılacaq. Bu qətiyyət xalq tərəfindən yüksək qiymətləndirilir”.

Bunu Pravda.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərindən danışarkən deyib.

Deputat bildirib ki, cənab İlham Əliyevin Naxçıvana mayın 10-da səfəri bir neçə hadisə ilə əlamətdar olub: “İlk dəfə, Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Naxçıvana - Ümumilli liderin vətəninə səfər etməsi və orada Ulu öndərin heykəlindən əvvəl məhz Şəhidlər Xiyabanını, eyni zamanda babasının məzarını ziyarət etməsi xüsusi rəmzi məna daşıyır. Prezident səfər çərçivəsində Naxçıvan Əlahiddə Ümumqoşun hissələrinin Vətən Müharibəsində iştirakından, silahların oradan cəbhə bölgəsinə gətirilməsindən, eyni zamanda ən müasir yeni silahların alınmasından, Günnüt əməliyyatının əhəmiyyətindən və s. məsələlər barədə bir çox sirləri açdı və onların strateji əhəmiyyətini ictimaiyyətə çatdırdı. Bütün bunlar, təbii ki, çox önəmli hadisələrdir. Digər tərəfdən, səfər zamanı Naxçıvanda həm təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından sosial obyektlərin, aqrar sektora aid müəssisələrin açılması və yol tikinti infrastrukturunun yenilənməsi kimi məsələlər gündəmə gətirildi. Şübhəsiz ki, bütün bunlar Naxçıvanın ictimai-siyasi həyatına yeniliklər gətirir. Səfər zamanı həmçinin Azərbaycan ictimaiyyətini son 30 ildə daha çox maraqlandıran, o cümlədən Türk dünyasını birləşdirən körpü rolunu oynamalı olan Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan işlərlə tanış olmaq və Prezidentin qəti mövqeyini bir daha təsdiq etməsi ən diqqət çəkən məqamlardan idi. Bu konteksdə Ordubad dəmiryol stansiyasının yenidən qurulması, onun ən müasir standartlara cavab verən nəqliyyat mərkəzinə çevrilməsi olduqca əhəmiyyətlidir. Cənab Prezident Ordubad və Mincivan stansiyaları arasındakı 50-60 metrlik qısa məsafəni və Mincivan stansiyasının erməni vəhşiləri tərəfindən darmadağın olunması faktını xatırlatdı. Biz Prezidentin əvvəlki səfərindən həmin stansiyanın darmadağın görüntüləri, orada hansısa bərpa işlərinin aparılmaması, hətta relslərin belə qalmadığı ilə tanış olmuşduq. İndi isə yeni simada Ordubad stansiyası ilə tanışlığımız öz növbəsində rəmzi xarakter daşıyır: bir tərəfdə ermənilərin vəhşiliyi nəticəsində yerlə yeksan olunmuş, xarabalığa çevrilmiş Mincivan stansiyası, digər tərəfdə isə Azərbaycanın qurub yaratdığı, ən müasir standartlara cavab verən Ordubad stansiyası. Bu o deməkdir ki, Prezidentin qəti mövqeyi reallaşacaq və Zəngəzur dəhlizi mütləq açılacaq. Bu qətiyyət xalq tərəfindən yüksək qiymətləndirilir”.

N.Məhəməliyev Prezidentin Ermənistanda həm iqtidar, həm də müxalifət tərəfinin rəvanşist meylləri barədə səsləndirdiyi fikirlər barədə də söz açıb: “Ölkə başçısı bildirdi ki, biz Ermənistanın daxilindəki prosesləri kifayət qədər yaxından izləyirik. Əgər onlar bizim təhlükəsizliyimizə zərrə qədər də olsa, problem yaradarlarsa, onları dərhal məhv edəcəyik. Onlar unutmasınlar ki, “dəmir yumruq” yerindədir. Bu kontekstdə Ermənistanın və erməni diasporunun, onların lobbi təşkilatlarının dünya ictimaiyyətini aldatmasını vurğuladı və  Hərbi Qənimətlər Parkı barədə dezinformasiyalar yaymalarına qarşı Azərbaycanın haqlı narazılığını çatdırdı. Üstəlik, bizə düşmən münasibət göstərən Kanada və Fransa kimi dövlətlərin nümayəndələrinin səfərlərinə, qızışdırıcı mövqelərinə qəti münasibətini bildirdi. Prezident çox təəssüf hissi ilə qeyd etdi ki, necə olur Əlcəzairin Milli Müqavimət Təşkilatının rəhbərlərinin kəsilmiş başları Fransa muzeylərində nümayiş olunur, ancaq burada real müharibəni əks etdirən süjetlərə qarşı əks-təbliğat aparılır?! Hər kəs bilir ki, insan başının bu şəkildə nümayiş olunması vəhşiliyin ən yüksək zirvəsidir! Prezidentin səsləndirdiyi hər bir fikir, təbii ki, dünyanın bütüm qurumları tərəfindən ciddi qəbul olunur və bu, müasir Azərbaycan dövlətinin mənafeyini əks etdirir. Belə olan halda isə, təsadüfi deyil ki, Azərbaycanda xalqla Prezindetin birliyi, vəhdəti prosesi davam edir və fikrimcə, bizim elə əsas gücümüz də bundadır”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top