Çinin kosmik raketinin qalıqları bu əraziyə düşdü

DÜNYA 09 may 2021, 12:26
Çinin nəzarətdən çıxan "Long March 5B” kosmik raketinin qalıqlarının Hind okeanındakı Maldiv adaları yaxınlığına düşdüyü açıqlanıb.

Dağıntılarının böyük bir qismi atmosferdə parçalanaraq yanan raketin geriyə qalan qırıntıları Hind okenına düşüb.

Bu haqda Çin Kosmik Mühəndisliyi Ofisindən məlumat verilib.

Bildirilib ki, "Long March 5B” kosmik raketi Çin saatı ilə 10:24 radələrində Maldiv adaları yaxınlığına eniş edib.

Sözügedən raketin enişini "SpaceTrack.com” saytı da təsdiqləyib./Baku.ws

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top