Avropa İttifaqı Gürcüstanın müxalifət liderinin girovunu ödədi

DÜNYA 08 may 2021, 18:41
Avropa İttifaqı (Aİ) Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın 40 min lari məbləğində girovunu ödəyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstan nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, bu, Gürcüstanda siyasi böhranın aradan qaldırılması üçün növbəti addımdır.

Yerli mətbuatın yazdığına görə, VMHP sədri mayın 13-dək azadlığa buraxılacaq.

Qeyd edək ki, N.Meliya 2019-cu ilin iyunun 21-nə keçən gecə Tbilisidə parlamentin binası qarşısında keçirilmiş kütləvi etiraz aksiyası zamanı qrup halında zorakılıq törətməkdə ittiham olunur. O, girovu ödəməkdən imtina etdiyinə görə fevralın 23-də həbs olunub. 

Müxalifətçinin cinayət işi üzrə növbəti məhkəmə iclası mayın 13-də keçiriləcək.

Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top