Binəqədidə yol qəzası — xəsarət alanlar var

HADİSƏ 03 may 2021, 22:35
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1953-cü il təvəllüdlü Yəhyayev Elcan Məhəmməd oğlu və 1995-ci il təvəllüdlü Cəlilov Şaiq Şahin oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. E.Yəhyayeva sol qolun sınığı, Ş.Cəlilova isə körpücük sümüyünün sınığı diaqnozları qoyulub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top