“Nə qədər ki, mən prezidentəm Rusiyaya sanksiya tətbiq olunmayacaq”

DÜNYA 30 apr 2021, 00:32
Serbiya Prezidenti Aleksandr Vuçiç hakimiyyətdə olduğu müddətdə rəsmi Belqradın Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcəyini bəyan edib.
 
Vuçiç bu barədə jurnalistlərə açıqlamasında deyib.
 
"Rusiya və Çin vətəndaşlarının "qara siyahı"sına gəlincə, Serbiya bu tədbirlərdə iştirak etməyib. Bu, bizim Rusiya və Çindəki dostlarımıza qarşı düzgün olmazdı. Nə qədər ki, mən prezidentəm Rusiya və Çinə qarşı sanksiya tətbiq olunmayacaq. Mən bunu hər yerdə deyirəm", - deyə Vuçiç bildirib.
 
Xatırladaq ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel Serbiyanı sanksiyalar məsələsində Aİ-ni dəstəkləməyə çağırıb.(Sfera.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top