"Azad Rəhimovun Bakıya gətirilməsi xəbəri yalandır" — Nazirlikdən AÇIQLAMA

SOSİAL 29 apr 2021, 23:14
Gənclər və İdman Nazirliyi Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Demokrat.az-ın xəbərinə görə, nazirliyin sözçüsü Səmayə Məmmədova özünün feysbuk hesabında bunları yazıb: 

"Hörmətli media nümayəndələri, bəzi saytlarda nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı yazılan xəbər yanlışdır. Azad müəllimin vəziyyəti ağır olaraq qalır. ABŞ-dadır".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top