"Belarusda çevriliş etmək istəyən qrupun içində bizim agent var idi" — Lukaşenko

DÜNYA 25 apr 2021, 00:58
“Dövlət çevrilişi hazırlayan sui-qəsdçilərin içində Belarus xüsusi xidmətinin əməkdaşı olub. O, “satqın general” rolunu ifa edirdi”.

Demokrat.az
bildirir ki, bu sözləri Belarus prezidenti A. Lukaşenko üstü açılmış çevriliş cəhdinin detalları barədə danışarkən deyib.

“O, bizim agent idi. Afərin. Sağ olsun,qorxmadı, bizə çox yaxşı kömək elədi. Sui-qəsdçilər onun vasitəsi ilə ordunu ayağa qaldırmaq istəyirdilər”-deyə Lukaşenko vurğulayıb.
Prezidentin sözlərinə görə, çevrilişçilər bir neçə ssenari işləyib hazırlayıblarmış.
Bura onu 9 may paradında aradan götürmək ideyası olub. Amma bunu etmək çətin olduğundan imtina ediblər. “Daha sonra prezident kortejinə hucum planına baxılıb. Bunun üçün xaricdən Belarusa qranatmyot alıb gətirmişdilər. Amma kortejin sürətinə görə bu da alınmayıb”.

Üçüncü versiyaya görə, silahlı adamlar dövlət başçısının iqamətgahına hucum etməli idilər: 
“Prezidentin məhv edilməsi üçün 10 milyon dollar ayrılmışdı. Snayperə 1 milyon dollar verəcəkdilər”. Bundan sonra enerji bloku dayandırılmalı daha sonra ordu Minski bloklamalı idi.
Lukaşenko deyib ki, sui-qəsdçiləri əvvəlcədən izləyiblər./Azpost.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top