Gürcüstan parlamentinin sədri istefa verdi

DÜNYA 24 apr 2021, 19:07
Gürcüstanın bu gün istefa vermiş parlament sədri Arçil Talakvadze vitse-spiker vəzifəsini tutacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, A.Talakvadze hakim komandanın liderlərindən biri kimi aktiv siyasi fəaliyyətini vitse-spiker vəzifəsində davam etdirəcək.

Qeyd edək ki, A.Talakvadze spiker postunu 2019-cu ilin iyunundan tutub. O, ötən ilin dekabrında parlament seçkilərindən sonra yenidən bu vəzifəyə seçilib.

X X X

Gürcüstanın parlament sədr Arçil Talakvadze istefa verib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, bəyanatla çıxış edib.

Spiker postuna onun müavini Kaxa Kuçavanın namizədliyinin irəli sürüləcəyi bildirilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top