Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini ötdü

DÜNYA 24 apr 2021, 17:49
Ermənistanda son sutkada koronavirusa 764 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 212 878-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 17 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 001 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 193 360 nəfər sağalıb. Hazırda 14 517 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top