Ermənistanda koronavirusdan ölənlərin sayı 3 919-a çatdı

DÜNYA 20 aprel 2021, 19:20
Ermənistanda son sutkada koronavirusa 667 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 209 485-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 24 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 919 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların sayı isə 189 688-ə çatıb. Hazırda 14 896 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top